02.07.2021 11:19
Mədəniyyət Nazirliyinin "İslam irsimizi tanıyaq” layihəsi çərçivəsində təqdim olunur: "Bibiheybət" məscidi.
Azərbaycan tarixən müxtəlif xalqların sülh və əmin-amanlıq içərisində birgə yaşadığı məmləkətdir. Ölkəmiz həmçinin mədəni irsinə, dini abidələrinə sahib çıxıb, onu gələcək nəsillərə ötürməyi də bacarıb. 1281-1282-ci illərdə inşa olunmuş, bu gün də dərin iman və sevgi ilə ziyarət olunan "Bibiheybət" məscidi də bunun bariz nümunəsidir.
Müsəlmanların üz tutuqları bu ziyarətgahda həmçinin ilk dəfə olaraq muzey yaradılaraq, zəvvarların ixtiyarına verilib.
Videomaterialı bu linkə daxil olaraq izləmək mümkündür: bit.ly/3Anxz5F