Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
473

Özbək dilində Nizami “Xəmsə”nin təqdimatı keçirildi

Noyabrın 25-də Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində dahi Azərbaycan şairinin özbək dilində çap olunan “Xəmsə”sinin təqdimatı keçirildi.

Təqdimatda çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirakçıları salamladı və çıxış üçün sözü mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevə verdi.

Nizami Gəncəvi yaradıcılığını türk xalqları arasında mənəvi körpü kimi səciyyələndirən Elnur Əliyev bildirdi ki, böyük şair həmçinin bu bölgədə yaşayan türk və farsdilli xalqları da birləşdirib: “Bu layihə Nizami irsinin Özbəkistanda daha geniş yayılması üçün çox əhəmiyyətlidir. Tərcümə birbaşa orijinaldan edilib və bu da əsərin bədii dəyərinin qorunub saxlanılması deməkdir. Əlişir Nəvai də Nizami Gəncəvi də bizim ortaq mədəniyyətimizin böyük zirvələridir”.

Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov ölkəsində Nizami Gəncəvi yaradıcılığına böyük maraq və sevgi olduğunu dedi. Qeyd etdi ki, 1936-cı ildə Daşkəndəki indiki Dövlət Pedaqoji Universitetinə dahi Nizami Gəncəvinin adı verilib. 2004-cü ildə Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimovun iştirakı ilə universitetin qarşısında dahi şairin büstünün açılışı olub. Böyük özbək şairi Əlişir Nəvai Nizami Gəncəvini öz ustadı, ilhamvericisi hesab edib, onu pir, Xızır adlandırıb. O, Nizaminin “Xəmsə”sini “Beş xəzinə” adlandıraraq hər poemanın başlanğıcında Nizamiyə hörmət və məhəbbət əlaməti olaraq xüsusi səhifələr yazıb.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov çıxışı zamanı bildirdi ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistanın Xalq şairi Camal Kamal arasında dahi Nizami “Xəmsə”sinə daxil olan əsərlərin bütövlükdə özbək dilinə tərcümə olunmasına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, C.Kamalın rəhbərliyi ilə xüsusi redaksiya şurası yaradılıb və “Xəmsə”yə bütün poemalar  orijinaldan tərcümə edilir.

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli diqqətə çatdırdı ki, Nizaminin özbək dilinə ilk tərcüməsi XIII əsrdə “Xosrov və Şirin” poeması ilə başlanıb. İndi Nizaminin dahiyanə fikirləri özbək dilində dolğun şəkildə tərcümə olunur. Bu, Özbəkistanda Nizamiyə olan məhəbbəti göstərir. Akademik vurğuladı ki, “Kainatda hər şey cəzbə bağlıdır” deyən Nizami ümumdünya cazibə qanununu Nyutondan 500 il əvvəl irəli sürüb. Bu cazibəni “eşq” adlandıran Azərbaycan şairi təbiət hadisələri ilə insan münasibətləri arasında qırılmaz bir bağın olduğunu təsdiq edib.

Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz, Özbəkistan Milli Universitetinin professoru Hamidulla Baltabayev, Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Təhminə Bədəlova, Özbəkistan Dövlət Universitetinin professoru Nigina Şermuhammedova, Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, professor Kərimulla Məmmədzadə çıxışlarında vurğuladılar ki, Nizami özü bir tərcüməçidir. Nizami insan ruhunu, onun tutduğu yolu tərcümə edir. O, insanın haradan gəlib, haraya gedəcəyini öyrədir.

Daha sonra mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev “Xəmsə”nin özbək dilinə tərcüməsində əməyi olan şəxslərə və Özbəkistandan forumda iştirak edən nümayəndə heyətinin üzvlərinə, Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanova “Nizami Gəncəvi – 880” xatirə nişanını təqdim etdi.

Professor Nigina Şirmuhammedova öz növbəsində Azərbaycan-Özbəkistan dostluğunu simvolizə edən, üzərində Nizami Gəncəvi və Əlişir Nəvainin portretləri həkk olunmuş vaza və xalqlarımızın tarixindən bəhs edən kitabları Elnur Əliyevə hədiyyə elədi. Professor Erkin Nuriddinov da Özbəkistanın tarixini əks etdirən kitabları nazirin birinci müavininə təqdim etdi.

XƏBƏRLƏR

21.01.2022 10:54
Filarmoniyada şəhidlərin xatirəsinə həsr olunan musiqi axşamı
19.01.2022 13:32
Özbəkistanda tanınmış yazıçımız Əzizə Cəfərzadəyə dair “Aləmdə səsim var mənim” adlı layihə həyata keçirilir
18.01.2022 17:32
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirildi
18.01.2022 14:46
Filarmoniyada Xalq artisti Azər Dadaşovun 75 illik yubileyinə həsr olunmuş gecə keçirilib
18.01.2022 14:38
Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib
17.01.2022 16:54
Narkomaniya mövzusunda videoçarx ssenariləri müsabiqəsinin nəticələri elan olunub
17.01.2022 11:28
“Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabının təqdimatı keçirildi
17.01.2022 11:21
“Filming Azerbaijan” “Dubai Expo 2020”də təqdim olundu
14.01.2022 17:44
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev gənc teatr xadimləri ilə görüş keçirib
14.01.2022 15:33
Layihə yönlü fəaliyyət idarəçiliyin təkmilləşdirilməsinə və gücləndirilməsinə xidmət edir
13.01.2022 18:42
“Mədəniyyət/Culture” jurnalı oxucularla görüşə gəlib
13.01.2022 14:14
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirildi
11.01.2022 14:13
“Euronews” Azərbaycanın xalq mahnıları və rəqsləri barədə süjet hazırlayıb
10.01.2022 16:07
Tarix və mədəniyyət abidələrinin qorunması, bərpası və təbliği ilə bağlı mühüm işlər görülüb
01.01.2022 10:18
İncəsənət xadimlərinə “Nizami Gəncəvi-880” xatirə nişanları təqdim olundu
30.12.2021 13:26
Tələbə aktyorların ifasında Nizami dünyasına açılan “Beş qapı”
29.12.2021 14:39
“Böyük Qayıdış”: Mədəniyyət
29.12.2021 11:11
Mədəniyyət Nazirliyi 2021-ci il üzrə hədəflərinə dair nəticələri ictimaiyyətə açıqladı
28.12.2021 17:50
“Qarabağ ilmələrdə” sənədli filmi təqdim olundu
28.12.2021 16:59
“Nizami Gəncəvinin 880 illiyi (1141–2021)” xatirə nişanları təqdim olunub
28.12.2021 15:50
Dubai Expo-2020 layihəsi çərçivəsində "Azərbaycan ritmləri və rəqsləri" adlı proqram təqdim olundu
28.12.2021 12:13
"Nizami Gəncəvi. Xəmsə" kitabının təqdimatı keçirildi
27.12.2021 12:15
Azərbaycan Dövlət Kukla Teatrının 90 illik yubileyi qeyd olundu
27.12.2021 12:09
“Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının təqdimatı keçirilib
27.12.2021 11:29
Prezident təqaüdçüləri və istedadlı gənclərin dövlət başçısının yubileyinə musiqi töhfəsi
24.12.2021 16:28
“İlham Əliyev və musiqi mədəniyyəti” kitabının təqdimatı keçirildi
23.12.2021 18:54
Mədəniyyət Nazirliyi Bakı şəhərində ucaldılacaq Aşıq Ələsgərin abidəsi ilə bağlı açıq müsabiqə elan edir
23.12.2021 13:04
Görkəmli fırça ustası Mikayıl Abdullayevin 100 illiyinə həsr olunan “Həyata sevgi ilə” adlı sərgi açıldı
22.12.2021 16:11
Xalq artisti Leyla Bədirbəylinin 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi
21.12.2021 18:37
"Azərbaycanın inkişaf modeli: "Dünən, bu gün və sabah" mövzusunda konfrans keçirilib