Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1290

"Postmünaqişə Humanitar Gündəliyinin İnkişaf Etdirilməsi: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” adlı beynəlxalq konfransın iştirakçılarının birgə müraciəti oxunub

Müraciətdə deyilir: "Biz, Azərbaycanın mədəniyyət paytaxtı və 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada təşkil olunan “Postmünaqişə Humanitar Gündəliyinin İnkişaf Etdirilməsi: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” adlı beynəlxalq konfransın iştirakçıları, xüsusilə postmünaqişə vəziyyətlərində davamlı inkişafın təmin edilməsində mədəni dirçəlişin və mədəni mühitin qorunmasının əhəmiyyətini bir daha təsdiqləyirik.    Azərbaycanın bu mühüm beynəlxalq konfransa Şuşada ev sahibliyi etmək təşəbbüsünü alqışlayırıq. Azərbaycan Hökuməti bütün region üçün uzunmüddətli sabitlik və dayanıqlı inkişaf üçün yeni imkanları nəzərdə tutan hərtərəfli və iddialı humanitar gündəm müəyyən etmişdir. Biz Azərbaycan hökumətinin münaqişədən zərər çəkmiş Azərbaycanın mədəni, dini və təbii irsinin dirçəldilməsi və bərpasına, infrastrukturun yenidən qurulmasına yönəlmiş münaqişədən sonrakı davamlı humanitar səylərini yüksək qiymətləndiririk. Mədəniyyət münaqişələrdən sonra körpülərin qurulmasında, dialoq və əməkdaşlığın yaradılmasında universal alət kimi tanınır. Biz mədəniyyətlərarası dialoqun dayanıqlı sülhə töhfə verməsində müsbət rolunu vurğulayırıq. İnanırıq ki, beynəlxalq birlik mədəniyyət fəlsəfəsinin sülhün möhkəmlənməsinə töhfəsinin araşdırılmasını ehtiva edən Azərbaycan Hökumətinin BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO ilə birgə tərəfdaşlıqda elan etdiyi “Mədəniyyət naminə sülh” qlobal çağırışı kimi təşəbbüsləri dəstəkləyə bilər.

Mədəni irsin bir parçası olmaq və ondan istifadə etmək hüququ insanların mədəni hüquqlarının tərkib elementini təşkil edir. Biz Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 27-ci maddəsində təsbit edildiyi kimi, hər kəsin cəmiyyətin mədəni həyatında sərbəst iştirak etmək hüququnu vurğulayırıq. Mədəni irsin qorunması bütün dünya xalqları üçün böyük əhəmiyyət kəsb edir və mənsubiyyətindən asılı olmayaraq, mədəni sərvətlərə vurulan hər hansı zərər silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasında da öz əksini tapdığı kimi bütün bəşəriyyətin mədəni irsinə vurulan zərbə deməkdir. Buna görə də biz mədəni-dini obyekt və abidələrin mənşəyindən asılı olmayaraq hədəfə alınmasını və silahlı münaqişələr zamanı, xüsusən də işğal vəziyyətində, onların məhv edilməsini qətiyyətlə pisləyirik.

BMT-nin 11 nömrəli Dayanıqlı İnkişaf Məqsədinə uyğun olaraq şəhərləri və insan məskənlərini inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı etmək üçün daha yaxşı ekoloji qayğıya və şəhərsalma planına ehtiyac olduğunu təsdiqləyirik. Bu kontekstdə işğaldan azad edilmiş ərazilərdə zəngin və müxtəlif ekosistemlərin qorunmasına da həssaslıqla yanaşan, dağıdılmış şəhər infrastrukturunun Azərbaycan Hökuməti tərəfindən əhəmiyyətli dərəcədə yenidən qurulmasını qeyd etmək lazımdır. Biz həmçinin müvafiq beynəlxalq sənədlərə, o cümlədən “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” UNECE-nin Helsinki Konvensiyasına uyğun olaraq ətraf mühitin çirklənməsinin nəticələrinin aradan qaldırılmasının vacibliyini vurğulayırıq. Bununla da, millətlər arasında sülh münasibətlərini qətiyyətlə dəstəkləməklə yanaşı, mədəni-dini və təbii irsin qorunmasının vacibliyini vurğulayaraq və BMT-nin 2030-cu il Gündəliyinin müvafiq məqsədlərinə sadiqliyi təsdiq edərək,

Biz, Şuşa konfransının iştirakçıları, Beynəlxalq birliyə müraciət edərək, Azərbaycan hökumətinin postmünaqişə dövründə infrastrukturun və dağıdılmış tarixi abidələrin bərpasına, mədəniyyətin və irsin dirçəldilməsinə yönəlmiş humanitar təşəbbüslərinə birmənalı və qəti dəstəyini verməyə çağırırıq. Bu kontekstdə biz beynəlxalq birliyin etimadın möhkəmləndirilməsi tədbirlərinə, mədəni-dini və təbii irsin canlandırılmasına və postmünaqişə uğurlu barışıq modellərinin təşviqinə yönəlmiş səylərə dəstək olmağa çağırırıq.

XƏBƏRLƏR

13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
01.02.2024 11:48
Mədəniyyət naziri xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və təhsilini davam etdirən şəxslərlə görüşüb
29.01.2024 08:53
Bölgələrdəki teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib