Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1291

Mədəniyyət naziri Ağcabədi rayonunda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəssisələrində işin effektivliyinin artırılması məqsədilə bölgələrə səfər planı hazırlanıb. Plana uyğun olaraq, mədəniyyət naziri Anar Kərimov mayın 27-də Ağcabədi rayonuna səfər edib.

Mədəniyyət naziri Anar Kərimov və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Sonra Anar Kərimov Ağcabədi rayon Heydər Əliyev Mərkəzinə baş çəkib, müəssisənin fəaliyyəti ilə tanış olub.

Ağcabədi rayonunun Kəhrizli kəndinə gələn nazir burada görkəmli yazıçı-dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin həyat və amal yoldaşı Həmidə xanım Cavanşir-Məmmədquluzadənin  (1873-1955) ev-muzeyində olub. Qeyd edilib ki, ev-muzey onun mənsub olduğu ocağa – Cavanşirlər nəslinə məxsus tarixi binada yerləşir. Bu bina Həmidə xanımın vəfatından sonra əvvəlcə orta məktəb, sonra musiqi məktəbi kimi fəaliyyət göstərib. 2005-ci ildən Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyinin filialı statusunda Həmidə Məmmədquluzadənin Ev-Muzeyinə çevrilib.

Muzeydə Həmidə xanımın atası, Qarabağ xanlığının və Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın nəticəsi tarixçi, şair Əhməd bəy Cavanşirin (1828-1903) tərcümeyi-hal sənədləri, nadir fotoları və əlyazmaları qorunub saxlanılır. Muzeydə eyni zamanda Həmidə xanımla əlaqəli çoxsaylı şəkillər, məktublar, xatirə əşyaları və nadir əl işləri nümayiş etdirilir.

Mədəniyyət naziri səfər çərçivəsində Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirib. Nazirə məlumat verilib ki, 5000-dən çox eksponatın mühafizə olunduğu muzeyin binası iki mərtəbədən, 6 ekspozisiya otağından ibarətdir. Muzeyin ən qədim eksponatları arasında arxeoloqların rayon ərazisində qazıntı işləri zamanı aşkarladıqları eramızdan əvvəl VI-V minilliklərə (Neolit dövrü) aid sümükdən iynə, biz və daşdan məişət əşyaları və s. mövcuddur. Muzeydə eksponatlar “Təbiət”, “Arxeologiya”, “Etnoqrafiya”, “Görkəmli şəxsiyyətlər”, “Sovet dövrü” və “Müasir dövr” bölmələri üzrə qruplaşdırılıb.

Anar Kərimov Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq incəsənət məktəbinin fəaliyyəti ilə də yaxından maraqlanıb. Qeyd edilib ki, 1965-ci ildə Uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayan təhsil ocağı 1986-cı ildən Üzeyir Hacıbəyli adına Uşaq incəsənət məktəbi kimi işini davam etdirir. Hazırda məktəbdə 8 ixtisas üzrə (fortepiano, tar, qarmon, kamança, nağara, xanəndəlik, rəssamlıq, xoreoqrafiya) 121 müəllim 354 şagirdin təhsili ilə məşğul olur. 

Mədəniyyət nazirinin Ağcabədi rayonuna səfəri davam edir.

XƏBƏRLƏR

13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
01.02.2024 11:48
Mədəniyyət naziri xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və təhsilini davam etdirən şəxslərlə görüşüb
29.01.2024 08:53
Bölgələrdəki teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib