Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
381

Akademik Musiqili Teatrın orkestr artisti Estoniyada konsert proqramı ilə çıxış edib

Estoniyanın paytaxtı Tallin şəhərində Estoniya Teatr və Musiqi Akademiyasında azərbaycanlı musiqiçilər konsert proqramı ilə çıxış edib.  Konsert “Mədəni əlaqələrin inkişafına dəstək” İctimai Birliyinin “Estoniyada konsertlərin təşkili və Azərbaycan mədəniyyətinin təbliği” layihəsi çərçivəsində reallaşıb. Konsertdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının orkestr artisti, respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Atabəy İsmayılovun tarda ifa etdiyi “Qərənfil” romansı və “Cahargah” skertsosu tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

“Qeyd edim ki, estoniyalı musiqiçilərlə birgə konsertimiz uğurlu keçdi, tamaşaçılar ifalarımızı çox isti qarşıladılar. Xüsusi ilə də, tar musiqi aləti Estoniyalı bəstəkarların diqqətini çəkdi və gələcəkdə onların milli musiqi alətləri ilə birlikdə duetlər şəklində ifa olunması barədə təkliflər aldıq. Müasir texnoloji imkanların köməyi ilə yaxın aylarda məsafələrdən canlı bağlantı ilə konsertlər təşkil etmək və s. məsələlər müzakirə olundu... Tədbirdə iştirakıma şərait yaradan təşkilatçılara, eləcə də çalışdığım Akademik Musiqili Teatrın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”, - deyə A.İsmayılov səfər təəssüratlarından bölüşüb.

XƏBƏRLƏR

17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq
16.09.2019 10:59
İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb
15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir