Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram teatrında Bernard Şounun "Milyonçu qadın" pyesinin məşqləri gedir.
Tamaşanın premyerası mayın 19-da baş tutacaq.
Premyera Azərbaycanın xalq artisti Natalya Şarovskinin yubileyinə həsr olunub.
Tamaşada milyonçu qadın obrazını Natalya Şarovskaya yaradacaq. Onunla yanaşı tamaşada rolları Azərbaycanın Əməkdar artistləri - Salman Bayramov və Fuad Osmanov, həmçinin aktyorlar Oleq Əmirbəyov, Mədinə Mullayeva, Zaur Terequlov, Nadir Abdurəhimbəyov və Fatimə Əliyeva canlandırırlar.
Əsər iradəsiz qadının maliyyə və sevgi macəralarından bəhs edir.
Komediya janrında hazırlanan tamaşanı teatrın baş rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovski hazırlayır. Bədii tərtibatçı Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aleksandr Fedorov, videoinstalyasiyanın müəllifi Cavid İmamverdiyev, xoreoqrafları Azərbaycanın Əməkdar artisti Fuad Osmanov və Raulya Türkkandır. Kostyumları Əməkdar mədəniyyət işçisi Olqa Abbasova hazırlayır.
Biletləri teatrın və şəhərin mərkəzləşdirilmiş kassalarında və onlayn rejimdə iticket.az saytında əldə etmək olar.