Astara rayon Uşaq Musiqi Məktəbində Tofiq Quliyevin anadan olunmasının 100 illiyi münbasibətilə tədbiri keçirilmişdir
Astara Uşaq Musiqi məktəbində görkəmli Azərbaycan bəstəkarı, dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olunmasının 100 illik yubiley tədbiri keçirilmişdir.
Tədbirdə ilk öncə məktəbin nəzəriyyə şöbəsinin müdiri Leyla İskəndərova qonaqları salamlayaraq bəstəkar haqqında geniş məlumat verdi. O, bəstəkarın həyat və yaradıcılığından danışaraq qeyd etdi ki, görkəmli bəstəkar özünəməxsus bir üslubla milli musiqi tariximizə parlaq səhifələr yazmışdır. Sonra məktəbin müəllim və şagirdlərinin ifasında bəstəkarın teatr tamaşalarına və kinofilmlərə yazdığı musiqilər, bənzərsiz mahnıları, uşaqıar üçün yazdığı fortepiano musiqisidən ibarət konsert proqramı tamaşaçılara təqdim olunmuşdur.
Sonda məktəbin direktoru Çingiz Eyvazov çıxış edərək gələn qonaqlara təşəkkürünü bildirdi və məktəbdə keçirilən tədbirlər barədə məlumat verdi. Tədbirdə Lənkəran Reqional Mədəniyyət və Turizm idarəsinin baş məsləhətçi Astara rayonu üzrə nümayəndə Sadoğlan Bayramov, Astara qazetinin baş redaktoru Fəridə Ağazadə, rayon İcra hakimiyyətinin məsul işçisi Mirzə Bayramov və başqaları iştirak etmişlər.