Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
544

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın hazırlanmasına start verildi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında R.Hovardın “Qrinç“ – (“Yaşıl adam”) əsəri əsasında eyniadlı tamaşanın hazırlanmasına start verilib. Sözügedən əsər ötən ilin dekabr və bu ilin yanvar ayında yeni il tamaşası olaraq kiçik yaşlı tamaşaçılara təqdim edilmişdir.

Əsərə olan tamaşaçı marağını, maraqlı səhnə quruluşunu, istedadlı aktyor oyununu və teatra müraciət olunan təklif və arzuları nəzərə alaraq, teatrın bədii şurası “Yaşıl adam” tamaşasının yeni versiyada hazırlanıb, il ərzində mütəmadi olaraq nümayiş olunması barədə qərara gəlmişdir.

Əsərin səhnələşdirəni və quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtbatçısı İradə Muradova, rəqslərin quruluşçusu Ceyhun Dadaşovdur.

Tamaşanın yeni versiyasında rolları teatrın istedadlı aktyorları Ramil Məmmədov, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Asya Atakişiyeva, Səbinə Məmmədova, Nuriyyə Əliyeva, Könül Əbilova, Nuranə Hüseynova, Natiq Fərzəliyev, Vahid Orucoğlu, Xəyalə Meydanova, Aygün Fətullayeva və b. ifa edəcəklər.

Tamaşanın premyerası oktyabr ayının 28-i, saat 1200-da və 1400-da baş tutacaqdır.

XƏBƏRLƏR

23.02.2018 18:06
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən yeni formatlı metodiki vəsaitlər hazırlanıb
23.02.2018 17:59
Mədəniyyət və turizm naziri İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşdü
23.02.2018 17:49
Daşkənddə Xocalı faciəsinin 26-cı ildönümü yad edilib və “Sonsuz dəhliz” sənədli filmi nümayiş etdirilib
23.02.2018 17:22
“Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisinin açılışı və “Xocalı şahidləri danışır” adlı kitabın təqdimat mərasimi
23.02.2018 16:32
Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib
23.02.2018 16:26
Üçüncü Buktreyler Festivalında iştirak şərtləri
23.02.2018 16:22
“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı
23.02.2018 15:53
Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Sönmüş ocaqlar” adlı tədbir-sərgi keçirildi
23.02.2018 14:34
Şah Abbas karvansarasında aparılan bərpa işləri bu il başa çatacaq
23.02.2018 12:44
Mədəniyyət və turizm naziri Göyçayda vətəndaşlarla görüşüb
23.02.2018 09:54
Xalq Artisti Süleyman Ələsgərovun xatirəsi anılıb
22.02.2018 17:03
Gənc Tamaşaçılar Teatrı həftəsonu 9 tamaşa təqdim edəcək
22.02.2018 16:59
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında detektiv yazıçı Elxan Elatlı ilə görüş keçirildi
22.02.2018 16:56
Musiqili Teatr 8 Martda “Açıq qapı” günü keçirəcək
22.02.2018 15:17
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası "Global Healthcare Travel Forum"-unda təmsil olunub
22.02.2018 14:55
İran nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib
22.02.2018 12:43
Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçirilmişdir
22.02.2018 10:00
Xalq Artisti Elza İbrahimovanın xatirəsi anılıb
21.02.2018 16:06
Musiqili Teatrda həftəsonu tamaşaları
21.02.2018 16:04
Turizm və Menecment Universitetində “Ana dilimiz-mənəvi sərvətimiz” mövzusunda tədbir keçirilib
21.02.2018 16:01
İstiqlal Muzeyinin ekspozisiyasında “Sönmüş ocaqlar” adlı tədbir-sərgi keçiriləcək
21.02.2018 12:54
Bakı prosesinin 10 illiyinin qeyd olunması ilə bağlı Koventridə təqdimatlar keçirildi
21.02.2018 12:45
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Hər millətin ən qiymətli, sərvətidir ana dili!” adlı tədbir keçirildi