“Azərbaycan musiqisinin inciləri UNESKO-nun siyahısında” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib
2019-cu ilin 30 iyun - 10 iyul tarixlərində Bakı şəhərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar iyulun 9-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində növbəti tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir. Bildirmişdir ki,
Qeyd edildi ki, Azərbaycan Muğam sənəti, Azərbaycan Aşıq sənəti, tar ifaçılığı sənəti, kamançanın hazırlanması və ifaçılıq sənətinin UNESKO-nun müvafiq siyahılarına salınması ilə bağlı tədbirlərin keçirilmişdir.
İyulun 5-də Heydər Əliyev Sarayında muzeyin Qədim Musiqi Alətləri Ansamblının konserti keçirildi. Tədbirdə UNESKO ekspertləri, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak etmişdir. Tədbirdə iyulun 7-də Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Şəki Xan sarayının və şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması xüsusi vurğulandı.
Sonra Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsinin professoru, filologiya elmləri doktoru Kamil Bəşirov “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”nin siyahıya salınması barədə öz fikirlərini bölüşdü. Muzeyin şöbə müdiri Təranə Zeynalova “Yallı” (Köçəri, Tənzərə) rəqsinin tarixi və növləri haqqında məruzə etmişdir. Tədbirin sonunda Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı yallı rəqsini ifa etmişlər. Ansamblın bədii rəhbəri Azərbaycan Respublikasının Xalq artisti, professor Ağaverdi Paşayev, baletmeyster, Əməkdar artisti Ceyhun Qubadovdur.
Ornamentlərində Azərbaycan musiqi alətləri və "Yallı" rəqsi elementlərindən istifadə olunmuş xalçalar nümayiş olunmuşdur. Bu xalçalar Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Münəvvər Hacıyevanın eskizləri əsasında toxunmuşdur.