Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2103

Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanada “Demokratik dəyərlərə yiyələnək, hüquqlarımızı qoruyaq” adı altında dəyirmi masa təşkil edilib

Tədbirdə rayon gəcləri, ziyalılar və kitabxananın fəal oxucuları iştirak edib. Tədbiri oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova açaraq bildirib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il mayın 18-dən iyunun 18 dək respublikamızda “İnsan Hüquqları Aylığı” keçirilir.  Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları dünyada hamının anladığı və ya anlamalı olduğu əvəzsiz nailiyyətdir. Çünki  istənilən cəmiyyətin və dövlətin inkişafı demokratiyanın ali prinsiplərindən biri sayılan insan hüquqlarına hörmət olmadan, insan hüquqlarının nə olduğunu dərk etmədən mümkün deyil.

Çıxış edənlərdən Bərdə rayon 2 nömrəli şəhər kitabxana fililalının müdiri Xədicə Məmmədova qeyd edib ki, Azərbaycan Respublikası da dünya birliyinin üzvü kimi demokratik, hüquqi inkişaf yolunu seçib. Odur ki, respublikamızda insan hüquqlarının demokratik dəyərlər çərçivəsində təmini bu sahədə dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab olunur. Biz təbliğat müəssisəsi olaraq əhali arasında dövlətimizin insan haqlarının müdafiəsinə həsr edilmiş qərar və göstərişlərin, qanunların təbliği məqsədilə tədbir hazırlayıb keçirir, maarifləndirilmə işi aparırıq.

Fəal oxucu Nəsibov Nihat,  Əbdüləliyev Emin və digərləritədbirin təşkilinə görə öz minnətdarlıqlarını bildiriblər və qeyd ediblər ki, hər bir gənc öz hüququnu bilməli və hüquqlar qarasında borcunu yerinə yetirməlidir. O cümlədən vurğulanıb ki, - insan hüquqları insanın təbiətinə məxsus olan hüquqlardır və onlara hörmət olunması,riayət edilməsi və müdafiəsi dövlətin ən ali vəzifəsidir ki, bu işi də dövlətimiz həm milli, həm də beynəlxalq hüquqlara əsəslanaraq çox ciddi şəkildə həyata keçirir.

Tədbir iştirakçıları sonda kitabxanada təşkil olunmuş “Biz hüquqlarımızı bilirikmi?” adlı sərgi ilə tanış olublar.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib