Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
809

“Bir xatirə kitabına bənzər ömrüm” kitabının təqdimatı keçirildi

Aprelin 18-də M.F.Axundzadə adına Milli Kitabxanada şəhid İlkin Seyidovun həyat və döyüş yolundan bəhs edən “Bir xatirə kitabına bənzər ömrüm” kitabının təqdimatı keçirildi. Kitab Mədəniyyət Nazirliyi və “Bakı xəbər” qəzetinin birgə layihəsi əsasında “Respublika Xatirə Kitabı” redaksiyası tərəfindən nəşr olunub.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış sözündə bildirdi ki, yeni nəşr Sədərək rayonunun ilk şəhidi - xüsusi təyinatlı polis əməkdaşı İlkin Seyidovun həyat yoluna işıq tutur. Kitab torpaqlarımızın işğal altında olduğu bir zamanda vətənpərvərlik tərbiyəsinin təbliğində böyük əhəmiyyət daşıyır. Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev vətən yolunda şəhid olan belə bir kitabın ərsəyə gəlməsində əməyi olan təşkilatlara təşəkkürünü bildirdi: Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən “Respublika Xatirə Kitabı” redaksiyası Azərbaycan uğrunda həlak olan insanların xatirəsini əbədiləşdirmək üçün çoxsaylı kitablar ərsəyə gətirib. Bu silsilədən indiyə kimi 17 kitab nəşr olunub. Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın rəhbərliyi ilə işıq üzü görən kitab “Şəhidlər ölməz, Vətən bölünməz” silsiləsindən ikinci nəşrdir”. 

Nazirin birinci müavini qeyd etdi ki, “Respublika Xatirə Kitabı” redaksiyası hazırladığı nəşrlərdə Qarabağ döyüşlərində həlak olan insanlarla yanaşı, II Dünya müharibəsi, Əfqanıstan müharibəsi və 20 Yanvar faciəsi zamanı şəhid olan vətən övladlarının taleyinə güzgü tutur: “Təbii ki, belə məlumatları toplamaq böyük zəhmət tələb edir. Lakin bu işlərdə dövlətimiz öz köməyini göstərir. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə 1997-ci ildən başlayaraq bu redaksiya daha fəal, daha əhatəli işlər görüb. Bu gün təqdim olunan kitab da vacib əhəmiyyət kəsb edir. Çünki 90-cı illərdən sonra dünyaya gələn uşaqlar Azərbaycanı işıqlı, güclü, inkişaf etmiş görüblər. Bu insanlar bilməlidir ki, bu işıqlı və gözəl günə hansı mübarizə və yollardan keçib gəlmişik. Məhz bu kitablar, 23 yaşlı şəhid İlkinin həyatından bəhs edən bu nəşr gənc nəslə tarixi həqiqətlər haqqında məlumat verəcək. Kitabda şəhidin ailəsi, doğulduğu kənd, döyüş yolu haqqında məlumatlar yer alıb. Şəhidlərimiz haqqında kitab yazmaq, onlara abidə ucaltmaq böyük əhəmiyyət kəsb edir.  Biz bu gün sakit və firavan yaşayırıqsa, şəhidlərimizə borcluyuq”.

Vaqif Əliyev Mədəniyyət Nazirliyi adından kitabın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürünü bildirdi.

Təqdimatda çıxış edən tarix elmləri doktoru Solmaz Tohidi, millət vəkili Aydın Mirzəzadə, Prezident Administrasiyasının əməkdaşı Rasim Mirzəyev, Daxili İşlər Nazirliyinin əməkdaşı, polkovnik Əflatun Həsənov, Əməkdar incəsənət xadimi Abdulla Qurbani, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Mətbuat Şurasının üzvü Azər Həsrət, yazıçı Şəmistan Nəzirli və başqaları nəşrin əhəmiyyətini yüksək qiymətləndirdilər. Qeyd olundu ki, bu seriyadan nəşrlər hər bir məktəblinin stolüstü kitabına çevrilməlidir. Çünki bu nəşrlər çağdaş dövrümüzün müharibə salnaməsini özündə əks etdirməklə yanaşı, vətənpərvərlik tərbiyəsinin təbliğində də xüsusi rol oynayır.

Vurğulandı ki, bu gün dövlətimiz şəhid ailələri və Qarabağ müharibəsi iştirakçılarına diqqət və qayğı göstərir, onların sosial müdafiəsinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görür.

Çıxışlarda şəhid İlkin Seyidovun döyüş yolundan söz açıldı, onunla bağlı xatirələr dilə gətirildi.

Təqdimatın sonunda “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova və şəhidin adını daşıyan qardaşı oğlu İlkin Seyidzadə təqdimata qatılan və kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürlərini ifadə etdilər.

Qeyd edək ki, kitabın müəllifi publisist Fəridə Rəhimli, redaktoru Zülfüqar Şahsevənli, rəyçisi “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevdir.

XƏBƏRLƏR

24.05.2019 13:09
Mədəniyyət naziri və müavinləri regionlarda vətəndaşları qəbul ediblər
24.05.2019 09:54
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
24.05.2019 08:53
“Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı keçirildi
23.05.2019 17:39
Bakıda tanınmış rəssam Vədud Müəzzinin fərdi sərgisi açılıb
23.05.2019 16:11
“Balaca Şahzadə” dörd dəfə nümayiş olunacaq
23.05.2019 16:00
Xalq yazıçısı İlyas Əfəndiyevə həsr olunan elektron məlumat bazasının təqdimatı keçirildi
23.05.2019 15:52
Gəncə Dövlət Kukla Teatrının aktyoru vəfat etmişdir
23.05.2019 11:36
Nizami Gəncəvinin “Sirlər xəzinəsi” Türkiyə Kitab və Mədəniyyət Sərgisində
23.05.2019 11:10
Musiqili Teatrda 60-cı dəfə “O olmasın, bu olsun” nümayiş olunacaq
23.05.2019 10:45
Akademik Musiqili Teatrın orkestr artisti Estoniyada konsert proqramı ilə çıxış edib
23.05.2019 10:30
Qusarın ən çox kitab oxuyan sakinləri mükafatlandırılıb
23.05.2019 10:23
Musiqili Teatr geniş heyətlə Qəbələdə qastrol səfərində olacaq
23.05.2019 09:31
Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisi açılıb
23.05.2019 09:29
Nizami Kino Mərkəzində “Mateo Falkone” filmi yenilənmiş versiyada təqdim edilib
23.05.2019 09:28
Əfsanəvi qarmon ifaçısına həsr olunmuş kitab təqdim edilib
22.05.2019 19:57
“Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil olunub
22.05.2019 18:17
Prezident təqaüdü alan gənclərin iştirakı ilə konsert-festival keçirildi
22.05.2019 17:41
Azərbaycanın tarixi körpüsü bərpa olunur
22.05.2019 17:14
Mədəniyyət könüllülüyünə ADMİU-nun tələbələri də qoşulub
22.05.2019 13:57
Daşkənddə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan konsert keçirilib
22.05.2019 09:43
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın şimal-qərb qapısı Balakəndə
21.05.2019 17:54
Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu
21.05.2019 15:42
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi
21.05.2019 15:40
Bolqarıstanlı mütəxəssis Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib
21.05.2019 15:35
“Qartal yuvası” filminin təqdimatı keçirildi
21.05.2019 13:00
Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil ediləcək
21.05.2019 11:08
Qubada keçirilən “Oxu Bayramı” böyük maraqla qarşılanıb