Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Novruz bayramı münasibəti ilə “El bayramı- Novruz” adlı tədbir baş tutdu
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 18 mart 2019-cu il tarixdə Novruz bayramı münasibəti ilə “El bayramı- Novruz” adı altında tədbir keçirildi.
Tədbiri kitabxananın direktoru Oruc Quliyev açaraq bildirdi ki, Novruz Azərbaycanla yanaşı İran, Pakistan, Türkmənistan, Tacikistan, Özbəkistan, Qırğızıstanda da xüsusi təntənə ilə qeyd edilir
Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva qeyd etdi ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. X. Musayeva tarixi çox qədim olan Novruz bayramının hər il xalqımız tərəfindən təntənə ilə qeyd olunması, novruz ənənələri, onların bu günədək qorunub saxlanması mövzusunda da çıxış etdi.