22.05.2018 04:54
24 may 2018-ci il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində “Çempion” sənədli filminin təqdimatı olacaq.
Dövlət sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən film Azərbaycan Sambo Federasiyasının prezidenti, sambo üzrə 9 dəfə dünya çempionu Ceyhun Məmmədovun həyat və fəaliyyətinə həsr olunmuşdur.
Filmin rejissoru Zamin Məmmədov, operatoru Tariverdi Tariverdiyev, musiqi tərtibatçısı İsmayıl Dadaşov, icraçı prodüseri İlqar Musayev, prodüseri Müşfiq Hətəmovdur.