“Danışan Pişik Tom və dostları” adlı interaktiv, əyləncəli və musiqili tamaşa keçiriləcək
3498
21.02.2018
21.02.2018 04:02
10-11 Mart 2018-ci il tarixlərində Bakıda ilk dəfə, Heydər Əliyev
Sarayında Moskva İri Kuklalar Teatrının təqdimatında uşaqlar üçün, “Danışan Pişik Tom və dostları” interaktiv, əyləncəli və musiqili tamaşa keçiriləcək.Tamaşada uşaqlar və valideynləri müasir və texniki cəhətdən mükəmməl şou, səs və vizual xüsusi effektlər, oyun və ünsiyyət, interaktiv ekran, rəqs, əyləncə, musiqi, sevdikləri mahnılar, maraqlı elementlər və bir çox digər unudulmaz surprizlər gözləyir. İnteraktiv tamaşada yeni texnologiyalardan və proyesiyadan istifadə olunacaq.
Saat 13:00-da başlayacaq tamaşaların biletlərini Heydər Əliyev Sarayının kassasından, iticket.az saytından onlayn, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.
Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30