IV Buktreyler Festivalının Münsiflər Heyəti artıq öz işini başa çatdırıb. Buktreyler Festivalının təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli bu barədə məlumat verib: “Artıq Münsiflər Heyətinin üzvləri səsverməni başa çatdırıblar. Hal-hazırda Təşkilat Komitəsi balların cəmlənməsi ilə məşğuldur. İctimaiyyətə məlumdur ki, festivalın nəticələrinin obyektivliyinin qorumaq məqsədilə onların adı yalnız səsvermədən sonar açıqlanır. Odur ki, artıq festivalın saytında Münsiflər Heyətinin tərkibi açıqlanıb. Obyektivliyi qorumaq məqsədilə Münsiflər Heyətinin üzvlərinin adları səsvermədən sonra açıqlanır, və onların adları artıq festivalın saytında qeyd edilib. Həmçinin, onu da qeyd etmək istəyirəm ki, Münsiflər Heyəti səsverməni birlikdə toplaşaraq deyil, ayrı-ayrılıqda, yəni, bir-birlərindən xəbərsiz səs verməklə həyata keçiriblər ki, bu da nəticələrin daha da obyektiv olmasını təmin edir. Hər bir iştirakçıya uğurlar arzulayıram!”
IV Buktreyler Festivalının Münsiflər Heyətinə Şeyx Əbdül (Kinorejissor, ssenarist və aktyor, Azərbaycanın Xalq artisti), Orxan Fikrətoğlu (Yazıçı, ssenarist, rejissor, jurnalist, Azərbaycanın Əməkdar incəsənət xadimi), Gülzar Qurbanova (Teatr və kino aktrisası, Azərbaycanın Əməkdar artisti), Məlahət Abbasova (Aktrisa,Azərbaycanın Əməkdar artisti), Günel Anarqızı (Yazıçı, publisist və jurnalist, türkoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü), Ruslan Sabirli (Kinoaktyor, prodüser, Bukteyler Festivalının təsisçisi və direktoru) daxildir.
Xatırladaq ki, Festival qaliblərini birinci, ikinci (2 nəfər) və üçüncü (3 nəfər) yerlər üzrə müvafiq olaraq 1.000 manat, 800 manat (hər biri) və 500 manat (hər biri) AZN, “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə isə 1.000 AZN pul mükafatları gözləyir.
Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən videoçarx və ya treylerdir.
“Kitabı tanıdın, kitabla tanının” sloqanlı Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.
Festivalın təsisçisi və direktoru kinoaktyor Ruslan Sabirlidir. Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına AzərbaycanFilm kinostudiyası; əsas tərəfdaşı isə ölkənin lider mobil operatoru Azercell şirkətidir.
Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəsindən və ya festivalın sosial şəbəkələrdəki elanlarından əldə etmək mümkündür:
Instagram: https://www.instagram.com/BooktrailerFest
Facebook: https://www.facebook.com/BooktrailerFest
Youtube: https://www.youtube.com/BooktrailerFest
Həmçinin, yaranmış bütün suallarla bağlı email vasitəsilə müraciət etmək mümkündür: festival2019@booktrailer.az