Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1892

“Əlcəzair nümayəndə heyətinin Azərbaycana ilk səfəri əlamətdar tarixi hadisələrlə üst-üstə düşür”

Mədəniyyət naziri Əbülfəs Qarayev iyunun 19-da ölkəmizdə səfərdə olan Əlcəzairin mədəniyyət naziri Azzedine Mihoubi ilə görüşdü.

Nazir Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunması ilə bağlı tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycana səfər edən əlcəzairli həmkarına dəvəti qəbul etdiyi üçün təşəkkürünü bildirdi.

Azzedine Mihoubi qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək bildirdi ki, əlcəzairlilər Azərbaycanın tarixi və mədəniyyəti haqqında məlumatlı olsalar da, daha çox ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlər haqqında bilgilərə malikdirlər: “Azərbaycan hökumətinin Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunması ilə əlaqədar tədbirə ev sahibliyi etməsi və bu tədbirdə iştirakla bağlı göndərdiyi dəvəti məmnunluqla qəbul etdik. Çünki bu səfər qarşılıqlı əlaqələrin qurulması üçün olduqca vacibdir”.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycanı təbrik edən Azzedine Mihoubi ölkəmizə gəlişinin bir səbəbinin də bu mötəbər tarixi hadisə olduğunu vurğuladı. O, səfərinin məhsuldar olacağına ümidvar olduğunu qeyd etdi, münasibətlərin mədəniyyət sahəsi ilə yanaşı, iqtisadi-siyasi sahələrə də sirayət edəcəyini diqqətə çatdırdı.

Azərbaycanın mədəniyyət sahəsindəki uğurları, beynəlxalq qurumlarla əlaqələri haqqında qonağı məlumatlandıran Əbülfəs Qarayev Əlcəzair nümayəndə heyətinin ölkəmizə ilk səfərinin əlamətdar tarixi hadisələrlə üst-üstə düşməsindən məmnunluğunu ifadə etdi. Bildirdi ki, səfər bundan sonrakı əlaqələrin inkişafına müsbət təsir göstərək. Azərbaycanla Əlcəzair arasında mədəni əlaqələrlə bağlı sazişin imzalanması üçün müvafiq işlərin aparılacağını diqqətə çatdıran Əbülfəs Qarayev bu sazişin əlaqələrin daha da dinamik inkişafına yol açacağına ümid bəslədiyini dedi.

Görüş gələcəkdə iki ölkə arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin perspektivləri istiqamətində fikir mübadiləsi ilə davam etdi.

XƏBƏRLƏR

13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
01.02.2024 11:48
Mədəniyyət naziri xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və təhsilini davam etdirən şəxslərlə görüşüb
29.01.2024 08:53
Bölgələrdəki teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib