Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov növbəti dəfə Beynəlxalq rejissor laboratoriyasında iştirak edəcək
1499
18.05.2018
18.05.2018 06:30
Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov növbəti dəfə Beynəlxalq rejissor laboratoriyasında iştirak edəcək. Beynəlxalq laboratoriya Rusiya Teatr Xadimləri İttifqaının Milli teatrlar kabinetinin Rusiya Teatr Rejissorları Gildiyasının birgə təşkilatçılığı ilə may ayının 18-dən 23-dək Sankt Peterburq keçiriləcək. Laboratoriya günləri çərçivəsində həmçinin teatr rejissorlarının konfransı keçiriləcək. Bu il təşkil edilən rejissor laboratoriyasına Orenburq vilayəti Dövlət Dram Teatrının bədii rəhbəri , Rusiya Federasiyası Dövlət Mükafatı laureatı Rifkat İsrafilov rəhbərlik edəcək.