Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1085

Özbəkistanın Səmərqənd şəhərində “Azərbycan Mədəniyyət Həftəsi”nin açılışı olub

Özbəkistanın Səmərqənd şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 15 iyun – milli qurtuluş gününə həsr olunan “Azərbaycan mədəniyyəti həftəsi”nin rəsmi açılışı olub.

Qeyd edək ki, ölkənin ikinci böyük şəhəri olan Səmərqənddə  hər il Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən milli mədəniyyətimizin təbliği ilə bağlı çoxsaylı tədbirlər təşkil edilir, Azərbaycan mədəniyyət günləri və həftəsi təşkil edilir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Səmərqənd Vilayət Hakimiyyətinin dəstəyi ilə reallaşdırılan tədbirlər çərçivəsində bu şəhərdə milli mədəniyyətimizə dair silsilə tədbirlər keçirilib.

Öncə “Azərbaycan mədəniyyəti həftəsi”nin iştirakçıları Özbəkistanın birinci prezidenti İslam Kərimovun məzarını ziyarət ediblər.

Səmərqənd şəhərinin mərkəzində yerləşən Həmid Alimcan adına Səmərqənd Vilayət Musiqili Dram Teatrının qarşısında – açıq havada təşkil olunan açılış tədbirində şəhər hakimiyyətinin, elm, mədəniyyət, gənclər təşkilatları nümayəndələri, şəhərin tanınmış şəxsləri, yerli azərbycanlılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Səmərqənd Vilayət Hakimiyyətinin müavini
Toliib Nabiev Azərbaycan xalqını istiqlalının 100 illiyi münasibəti ilə təbrik edib, xalqlarımız arasında dostluq əlaqələrindən danışaraq, istiqlaliyyətin böyük nemət olduğunu və yüz illərlə xalqlarımızın qəlbində yaşatdıqları arzunu gerçəkləşdirdiyini qeyd edib. O, Azərbaycana dair daim Səmərqənddə çoxsaylı tədbirlər keçirən və dostluğumuzu geniş təbliğ edən  Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanla yanaşı dünyanın çoxsaylı ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik tədbirlərinin geniş qeyd olunduğunu və Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bütövlükdə 2018-ci ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyini qeyd edib.

Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi
23 ay fəaliyyət göstərməsinə baxmayaraq, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi qaldığını söyləyən diplomat, Səmərqənddəki “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində milli musiqimizə dair konsert, moda sərgsi, Azərbaycan filmlərinin nümayişi, foto və kitab sərgisi, Azərbaycan və özbək dilində ölkəmizə dair Bakıda və Daşkənddə nəşr olunmuş kitabların Səmərqəndin aparıcı kitabxanalarına hədiyyə edilməsi mərasimi və s. tədbirlərin keçiriləcəyini bildirib.

Çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdən sitat gətirərərək indiki müstəqil Azərbaycanın 1918-ci ildə yaranmış ilk xalq cümhuriyyətinin varisi olduğunu və bugün Azərbaycanın dünya dövlətləri arasında nüfuzlu, güclü dövlətə çevrildiyini qeyd edibilər. 

Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə dair loqotipi özündə əks etdirən simvolik tort kəsilmiş və “Azərbaycan mədəniyyəti həftəsi”nin rəsmi açılışı olub.

Tədbirdə Özbəkistanın “Asl”, “Özbəyim yoşları” musiqi qruplarının müğənilləri milli musiqimizi səsləndiriblər. Tanınmış özbək musiqiçiləri Azərbaycan musiqilərini ifa edərək bayram tədbirinə öz töhvələrini vermişlər. Azərbaycanlı saz ustalarının çıxışları isə tədbirə xüsusi rəng verib, tamaşaçıların çoxsaylı alqışları ilə qarşılanıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs qruplarının milli rəqslərimizə dair çıxışlar edib, “Uzundərə”, ”Köçəri” və başqa rəqslərimiz iştirakçılara təqdim olunub.

Tədbir çərçivəsində “Cümhuriyyətinin 100 illik yubileyi mübarək, Azərbaycan!” adlı foto-kitab sərgisi təqdim edilib, habelə açıq meydanda milli mədəniyyətimizi özündə əks etdirən stend qurulmuş, Azərbaycan suvenirləri, xalçalarımız, kəlağayılarımız  nümayiş olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin milli geyimlər kolleksiyasına aid və yenicə hazırlanmış Azərbaycanın Qarabağ geyimləri iştirakçılara təqdim edilib. Səmərqənddəki Yoshlar-Gənclər təşkilatının fəalları moda sərgisində ilk dəfə olaraq Azərbaycanın Qarabağ bölgəsinə aid bəy və zadəgan geyimlərini, habelə qızlar Qarabağ xanımlarının mərasim geyimlərini sərgiləyiblər.

Tədbir konsert proqramı ilə davam edib və mərasimə yerli mətbuat geniş maraq göstərib.

XƏBƏRLƏR

11.12.2018 17:06
Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri Kürdəmirdə ustad dərsləri keçiblər
11.12.2018 16:58
Azərbaycan Milli Kitabxanası Sofiya şəhərində keçirilən Beynəlxalq Elmi Konfransda ölkəmizi təmsil edib
11.12.2018 16:39
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında iştirak edir
11.12.2018 16:32
Milli Kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb
11.12.2018 11:04
Şəmkirdə Gülxar Həsənovanın yubileyi qeyd olunub
11.12.2018 09:30
Parlaq, koloritli qadın obrazlarının mahir ifaçısı
11.12.2018 09:15
Azərbaycan Respublikasının mədəniyyət naziri Hacıqabul şəhərində vətəndaşları qəbul edəcək
10.12.2018 16:33
Xalq artisti Gülxar Həsənovanın Fəxri xiyabanda xatirəsi yad olundu
10.12.2018 12:35
Musiqili Teatrda “Çarəsiz sərnişinlər” yola çıxdılar
10.12.2018 12:17
Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edilmiş “Gənc yazarların müsabiqəsi” keçirilmişdir
10.12.2018 10:38
Quba şəhərində Ulu Öndərin xatirə günləri çərçivəsində xüsusi layihə həyata keçirildi
07.12.2018 19:59
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi qeyd edildi
07.12.2018 17:33
Ölkəmiz Avstriyanın Vyana şəhərində keçirilən “Avropa Mədəni İrs İli-2018” adlı tədbirdə təmsil olunur
07.12.2018 17:18
Mədəniyyət naziri Əbülfəs Qarayev Ceyhun Hacıbəylinin Bakıda səfərdə olan varisləri ilə görüşüb
07.12.2018 16:59
Şamaxı şəhərində Prezident təqaüdçülərinin konserti keçirildi
07.12.2018 15:49
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru Dövlət Xor Kapellası ilə bir səhnəni bölüşdü
07.12.2018 12:40
Sabirabadda ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
07.12.2018 11:28
Azərbaycan Xalça Muzeyində konservasiya üzrə növbəti ustad dərsləri keçirilib
07.12.2018 11:22
Bakıda isveçli rəssamın fərdi sərgisi açılıb
06.12.2018 15:26
Həsən Məmmədovun 80 illik yubileyi Salyan şəhərində təntənəli şəkildə qeyd olundu
06.12.2018 15:21
UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında Azərbaycan növbəti uğura imza atıb
06.12.2018 14:42
Zaqatala və Ağsu rayonlarında “Mədəniyyət işçilərinin müasir peşə səriştələri” adlı beynəlxalq seminar-təlim keçirilmişdir
06.12.2018 14:28
Xalq artisti Gülxar Həsənovanın 100 illiyinə həsr olunmuş tədbir keçirildi
06.12.2018 14:16
Azərbaycanın İsmayıllı və Özbəkistanın Rişton şəhərləri qardaşlaşıb
06.12.2018 11:21
Avrasiya Kitabxanalar Asssambleyası üzvlərinin növbəti iclası keçirilib