Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1491

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaranmasının 80 illiyinə həsr olunmuş Klassik və Folklorun Gənc İfaçılarının "WORLD HARMONY" adlı I Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçiriləcək

16 dekabr 2017-ci il tarixində saat 10:00-da Qara Qarayev adına Mərkəzi İncəsənət  Məktəbinin  Böyük  zalında Qara  Qarayev adına Mərkəzi İncəsənət Məktəbi Gürcüstanın Gürcü Folkloru və Klassik Musiqisinin İnkişafı birliyi "Harmoniya" ilə birgə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaranmasının 80 illiyinə həsr olunmuş Klassik və Folklorun Gənc İfaçılarının "WORLD HARMONY" adlı I Beynəlxalq  Müsabiqəsinin açılış mərasimi keçiriləcək. Açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyindən nümayəndə heyəti, ölkənin tanınmış  musiqiçiləri, ziyalıları iştirak edəcək.

  Müsabiqənin münsiflər heyətinə Xalq Artisti Fidan Hacıyeva, Əməkdar Artist  Əziz  Qarayusifli, professor, əməkdar müəllim Nəzakət Rimazi, professor, əməkdar müəllim  Hökümə  Əliyeva, Əməkdar Artist, AMK-nın dosenti Elşən Mansurov, professor Tsino Bicikaşvili, professor Tamar  Sarvazaşvili, əməkdar müəllim  Ümid  İbrahimov daxildir.

Müsabiqəyə ümumilikdə  275  ifaçı  qatılıb. Fortepiano  ixtisası  üzrə  32, vokal  şöbəsi  üzrə 28, orkestr alətləri  şöbəsi  üzrə 30,  xalq  çalğı  alətləri şöbəsi üzrə 29  ifaçı  çıxış  edəcəkdir. Digər ifaçılar fortepiano ansamblı, xalq çalğı alətləri ansamblı ,skripka ansamblı, rəqs və xor  kollektivinə  daxildir.

Müsabiqənin bağlanışı, iştrakçıların mükafatlandırılması və qala konsert 19.12.2017-ci il  tarixində saat 12:00-də  Rəşid  Behbudov adına Mahnı Teatrında baş tutacaq.

Onu da qeyd edək ki, müsabiqə çərçivəsində 18.12.2017-ci  il tarixində  saat  15:00-da  Qara  Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin  kiçik  zalında  Gürcüstandan  dəvət  olunmuş  Tbilisi Dövlət Konservatoriya-sının vokal müəllimi, professor Tamar Sarvazişvilinin ustad  dərsləri keçiriləcək.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib