Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1976

“Respublikada folklor kollektivlərinin fəaliyyətinə dair seminar” keçirilmişdir

Milli dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi məqsədilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və AMEA-nın Folklor İnstitutu ilə birgə  12 iyun 2018-ci il tarixində AMEA-da “Respublikada folklor kollektivlərinin fəaliyyətinə dair seminar” keçirilmişdir.

Xatırladaq ki, tədbir Mərkəzin sözügedən institutu ilə imzalanmış əməkdaşlıq memorondumunun icrası çərçivəsində keçirilir. Birgə əməkdaşlığın sayəsində bu günə qədər “Qarabağ əfsanələri”, “Qarabağ mifləri”, “Qarabağ lətifələri” və s. təbliğat xarakterli çap məhsullarının geniş təqdimat mərasimləri təşkil olunmuşdur.

Seminarı Giriş sözü ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri Rafiq Quliyev açmışdır.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif  Usubəliyev çıxış edərək Metodiki Mərkəz və Folklor İnstitutu arasındakı sıx əməkdaşlıq əlaqələrinin milli mədəniyyətimizi qorunmasında və təbliğində böyük rol oynadığını qeyd etdi və düşmən tərəfindən Azərbaycan milli-mədəniyyət nümunələrinin mənimsənilməsi siyasətinin qarşısının alınmasına xidmət etdiyini vurğuladı.

Tədbirdə ölkənin tanınmış folklorşünasları AMEA-nın Folklor İnstitunun direktoru, akademik  Muxtar İmanov  “Folklor kollektivləri: Problemlər, mülahizələr”, AMEA-nın Folklor İnstitunun şöbə müdiri , Filologiya elmləri doktoru Füzuli Bayat “Cənub bölgəsində -Halay- folklor qrupu”, AMEA-nın Folklor İnstitunun şöbə müdiri, Ü.Hacıbəyli adına BMA-nın baş müəllimi Ariz Abduləliyev “Folklor irsinin yaşamasında bədii kollektivlərin rolu”, AMEA-nın Folklor İnstitunun əməkdaşı Afaq Ramazanova “Folklor irsinin yaşamasında bədii kollektivlərin rolu”, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin baş elmi işçisi  Səadət Təhmirazqızı “Folklor kollektivlərinin inkişafında ekspedisiyaların rolu” mövzusunda məruzələr ilə çıxış etmişlər. Bundan əlavə, tədbirdə Şabran rayonu Dağbilici kəndi “Xınayaxdı” folklor kollektivinin rəhbəri Bayram Ağasıyev çıxış etmişdir.

Qeyd olundu ki, seminarın məqsədi respublikada fəaliyyət göstərən folklor kollektivlərinin fəaliyyətini araşdırmaq və onların iş prinsipi ilə tanış olmaq, repertuarlarını nəzərdən keçirmək və bu kollektivlərin bir-birilə ünsiyyət qurmasına şərait yaratmaqdır. Bu seminarlar folklorşünasların da elmi-tədqiqatları üçün mühüm bir vasitədir. 

XƏBƏRLƏR

15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
01.02.2024 11:48
Mədəniyyət naziri xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və təhsilini davam etdirən şəxslərlə görüşüb