10.12.2018 02:27
Sabirabad Rayon Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Sabirabad Rayon Güdəcühür Qəsəbə Klub-İcma Mərkəzində Azərbaycan Xalqının Ümumilli Lideri, Ulu Öndər Heydər Əliyevin Anım Gününə həsr olunmuş tədbir keçirilmişdir.Tədbir Azərbaycan Dövlət Himni ilə başlamış, Ulu Öndərin əziz xatirəsini 1 dəqiqəlik sükütla yad edilmişdir. Tədbirdə Klub-İcma Mərkəzinin işçi kollektivi, dərnəy şagirdləri və Güdəcühür qəsəbə sakinləri iştirak etmişdir. Tədbir iştirakçılarına Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunmuşdur. Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən sərgi təşkil olunmuşdur. Şagirdlər Vətənə və Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirmişlər.