17.09.2019 03:56
Sentyabrın 21-də Bakı Uşaq Teatrı yeni mövsümə start verəcək. Açılışda teatrın repertuarında yeni olan “Sehirli Tütək” tamaşası nümayiş olunacaq.
Azərbaycan xalq nağılı əsasında Maarif Məmmədovun ssenariləşdirdiyi, İntiqam Soltanın quruluşunda hazırlanan tamaşada rolları Rauf Hüseynli, Mehman Piriyev, Tofiq İsgəndərli, Natiq Fərzəliyev, Ədalət Ağaverdizadə, Könül Şahbazova, Gülər Ləzgiyeva, Qurban Əhmədov, Turə Qasımlı, Gülnarə Abbasova, Emin Balayev, Nərminə Məhərrəmova ifa edirlər. Tamaşanın rəssamı Sevda Məmmədova, bəstəkar Mahir İbrahimlidir. Tamaşanın müddəti 1 saatdır.
Açılış mərasimi 21 sentyabr 2019-cu il tarixində saat 12:00-da teatrın müvəqqəti yerləşdiyi Qaraçuxur qəsəbəsi Q.Abbasov adına Mədəniyyət sarayında keçiriləcək.