Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1678

Səmrərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı keçirilib, şəhərin kitabxanalarına Azərbaycana dair kitablar hədiyyə olunu

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 15 iyun – milli qurtuluş gününə həsr olunan və Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində Səmrərqənd Dövlət Universitetində tədbir keçirilib, Azərbaycan Xalq Cümhuriyyəti, xalqımızın istiqlal mübarizəsinə dair “Əbədi ezamiyyət” filmi nümayiş etdirilib.

Tədbirdə çıxış edən Səmərqənd Dövlət Universitetinin prorektoru, professor Muxtar Nasirov Özbəkistan üçün dost, qardaş bir ölkə olan Azərbaycanın xüsusi əhəmiyyət kəsb etdiyini, ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər barədə söhbət açıb. O, ilk dəfə olaraq müsəlman Şərqində azad və demokratik Cümhuriyyət quran Azərbaycan xalqının istiqlal bayramını təbrik edib.

Muxtar Nasirov Azərbaycanın mədəniyyətini və incəsənətini özündə əks etdirən Mərkəzin ötən il Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Səmərqənd Dövlət Univeristetində açıldığını və bu Mərkəzin Univeristetin mədəni həyatında mühüm rol oynadığını, dostluq əlaqələrimizin dərinləşməsi, qardaş Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaqda böyük imkanlar açdığını söylədi.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyini və bu məqsədlə Azərbaycanda, dünyanın müxtəlif ölkələrində yubiley tədbirlərinin keçirildiyini söylədi.

Diplomat qarşısına müstəqil, azad və demokratik bir Cümhuriyyət qurmaq kimi şərəfli vəzifə qoyan xalqımızın yaratdığı dövlətin 23 ay fəaliyyət göstərməsinə baxmayaraq böyük uğurlar əldə etdiyini söylədi.  Azərbaycan Xalq Cümhuriyyəti süqut etməsinə baxmayaraq, onun ideyalarının xalqımız yaddaşlarda yaşatdığını vurulayan Samir Abbasov 70 illik sovet hakimiyyəti dövründə qəlbimizdə yaşatdığımız bu istiqlaliyyətə ötən əsrin axırlarında xalqımızın yenidən qovuşduğunu qeyd etdi.

O, tədbir çərçivəsində nümayiş olunacaq  “Əbədi ezamiyyət” filmi haqqında məlumat verdi. Heydər Əliyev Fondunun dəstəyi ilə 2016-cı ildə lentə alınmış  sənədli-bədii filmin bu dövrün hadisələrinə geniş işıq saldığını vurğuladı

Daha sonra “Əbədi ezamiyyət” filmi nümayiş etdirildi. Xalq Cümhuriyyəti xadimlərinin istiqlal yolunda çətin və şərəfli fəaliyyətlərinə həsr olunan film tamaşaçılar tərəfindən maraqla qarşılandı.

Tədbir bədii proqramla davam edib, milli rəqslərimiz və Azərbaycan saz ustalarının çıxışlar təqdim edilib.  

Səmərqənd şəhərində “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində  Səmərqəndin aparıcı kitabxanalarına ölkəmizə dair zəngin kitab kolleksiyası da hədiyyə edilib. Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, habelə Azərbaycan Xalq Cümhuriyyətinə dair çoxsaylı kitab və jurnallar  Səmərqənd Vilayətinin  Aleksandr Puşkin adına Mərkəzi Kitabxanasına hədiyyə edilib. Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 5 ildə Daşkənddə Azərbaycana dair Özbək dilində çap olunan 50 adda kitablar da qeyd olunan kolleksiyaya daxil edilib.

Çıxışçılar qeyd ediblər ki, Azərbaycanla bağlı bütün tədbirlər Özbəkistanda böyük maraqla qarşılanır və onlar Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Səmərqənd Vilayətinin kitabxanalarına hədiyyə olunan kitablar əsasında Azərbaycana dair zəngin kolleksiyanın formalaşdığını qeyd ediblər.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!