11.10.2017 06:12
Sumqayıt Dövlət Dram Teatrında tanınmış Türkiyə yazıçısı Turqut Özakmanın “Ocaq” tamaşası növbəti dəfə 10 oktyabr 2017-ci il tarixində tamaşaçılara göstərilib. Quruluşçu rejissor əməkdar artist, teatrın baş rejissoru Firudin Məhərrəmov, rəssamı Mustafa Mustafayevdir.
Qeyd edək ki, tamaşanın növbəti təqdimatında ikinci heyəti (dublyorlar) öz oyununu nümayiş etdirib. Əməkdar artistlər Növrəstə Həşimovanın, Rauf Ağakişiyevin, Cəlal Məmmədovun, aktyorlar Sədaqət Nuriyevanın, Habil xanlarovun, Şəmistan Süleymanovun və İlahə Səfərovanın yer aldığı heyət tərəfindən təqdim olunan tamaşa maraqla qarşılanıb.