Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi Abşeron rayon Mədəniyyət Mərkəzində İsi Məlikzadənin “Hərənin öz ulduzu” komediyası oynanılıb
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi Abşeron rayon Mədəniyyət Mərkəzində Dağıstan Respublikası Azərbaycan Dövlət Dram teatrının aktyorlarının iştirakı ilə İsi Məlikzadənin “Hərənin öz ulduzu” komediyası oynanılıb
Tamaşadan əvvəl Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi İlham Manafov qonaqları salamlayıb və 2017-ci il teatr mövsümünün ilk qastrol tamaşasının Abşeronda oynanıldığından məmnunluğunu bildirib.
Daha sonra teatrın direktoru Firdovsi Əsgərov və tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının əməkdar artisti Laləzər Hüseynova, Abşeron rayon İcra Hakimiyyətinə göstərdiyi dəstəyə, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi Abşeron rayon mədəniyyət mərkəzinə təşkilatçılığına görə təşəkkür edib. Komediya tamaşaçılar tərəfindən maraqlı qarşılanıb.