Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
374

Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları mərkəzin foyesində nümayiş olunan və Xocalı soyqırımını andıran rəsm əsərləri ilə tanış olublar.

Dövlət himninin ifası ilə başlanan tədbirdə soyqırım qurbanları yad edilib.

Tədbirin aparıcıları Amil Babayev və Fidan Naqıyeva Xocalı soyqırımı haqqında məlumat verdikdən sonra jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin kadrlarından ibarət videoçarx nümayiş olunub.

Sonra Əməkdar artist İzaməddin Bağırov və  gənc qiraətçi Ümid Abbasın ifasında şeirlər, gənc ifaçılar Təranə Nurlu və Fidan Nağıyevanın ifasında vətənpərvər ruhlu mahnılar, muğam üçlüyünün ifasında “Zabul segahı”  dinlənilib,

Daha sonra  Fərhad Dadaşov və Elnarə Xəlilovanın birgə hazırladıqları "Xocalı harayı" kompozisiyası və "Bayraqlar" rəqsi təqdim olunub.

Anım tədbirində Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, “N” saylı hərbi hissənin şəxsi heyyəti və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

XƏBƏRLƏR

02.04.2020 12:08
Akademik Milli Dram Teatrının onlayn tamaşaları davam edir
02.04.2020 12:06
Azərbaycan Xalça Muzeyi “Çini, şüşə, ağac, kağız” kolleksiyasından iki nadir eksponatı təqdim edir
02.04.2020 11:35
“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları
02.04.2020 11:34
Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə layihəsi üzrə musiqi dərsləri başlanıb
02.04.2020 11:14
Milli Kitabxana oxuculara onlayn rejimdə xidmət edir
01.04.2020 11:16
Respublika Gənclər Kitabxanası da onlayn xidmət göstərməyə başlayıb
31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 20:22
Birləşmiş Millətlər Təşkilatı COVİD-19 pandemiyasının yayılması ilə bağlı Yaradıcı Sənayelərə Açıq Çağırış edib
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:55
Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:42
“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir
23.03.2020 14:27
Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin rəsmi facebook səhifəsi vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb