Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
321

İsveçrənin səyahət portalında Şəki haqqında məqalə verilib

İsveçrənin www.travel-blog.ch səyahət portalında “Şəki Xan Sarayı UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib” adlı məqalə verilib.

Məqalədə Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi ilə Azərbaycanın daha bir mədəniyyət incisinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyi qeyd olunub. Bildirilib ki, bununla da Qobustan və İçərişəhərdən sonra Azərbaycanın sayca üçüncü mədəni irs obyekti nüfuzlu siyahiya daxil edilib. Oxucuların diqqətinə çatdırılır ki, öz əsrarəngiz memarlıq üslubu ilə Şəki Xan Sarayı Azərbaycanın tarixi və memarlıq abidələri içərisində xüsusi yerə malikdir. Bu abidə Azərbaycan rəngkarlığı və xalq sənətinin nadir incilərindən biridir.

Məqalədə UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində qəbul edilən qərarlar və bu qərarların dünya mədəni irsi üçün əhəmiyyətindən bəhs edilib.

Daha sonra Şəki şəhərinin tarixi, Xan Sarayı və şəhərin qədim memarlıq abidələri haqqında oxuculara ətraflı məlumat verilib, Şəki xanlarının memarlıq zövqü və burada tətbiq olunmuş üslublar və şəbəkə barədə bəhs edilib.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb