Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1771

Tacikistanla mədəni əməkdaşlığın geniş perspektivləri var

İyunun 19-da mədəniyyət naziri Əbülfəs Qarayev Naxçıvan şəhərin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunması ilə bağlı tədbirdə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Tacikistanın mədəniyyət naziri Şamsiddin Şodibeklə görüşdü.

Qonaqları salamlayan Əbülfəs Qarayev iyunun 20 keçiriləcək “Naxçıvan – İslam mədəniyyətinin paytaxtı” tədbiri haqqında məlumat verdi. Bildirdi ki, Naxçıvan Azərbaycanın qədim məskənlərindən biri olmaqla bərabər, həm də özündə ölkəmizin qədim və zəngin tarixini, mədəniyyətini əks etdirir: “Tacikistanın da belə bir tədbirdə bizimlə birlikdə olması Azərbaycan dövlətinə qarşı hörmətinin, dostluğunun təzahürüdür. İnanırıq ki, bu səfərinizdən məmnun qalacaq, Azərbaycan mədəniyyəti ilə daha da yaxından tanış olmaq imkanı qazanacaqsınız”.

Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Solinin aktiv fəaliyyətini qeyd edən nazir onun mədəniyyət sahəsinə diqqəti və məhsuldar əməkdaşlığa töhfələrinə görə minnətdarlığını bildirdi. Vurğuladı ki, ölkə başçılarımızın birgə səyləri və dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafı üçün daha da geniş imkanlar yaradır.

Tacikistanın mədəniyyət naziri Şamsiddin Şodibek səmimi qəbula görə minnətdarlığını bildirdi, özlərini Azərbaycanda qonaq deyil, evlərindəki kimi hiss etdiklərini vurğuladı. Tacikistanda keçirilən yerli və beynəlxalq mədəni layihələr haqqında məlumat verən nazir ölkəsinin ev sahibliyi etdiyi muğam festivallarında Azərbaycan xanəndələrinin mütəmadi iştirakını yüksək dəyərləndirdi. Bildirdi ki, dostluq, qardaşlıq zəminində inkişaf edən münasibətlər bundan sonra da davamlı olacaq.

Azərbaycana səfərləri zamanı “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu və Heydər Əliyev Mərkəzini ziyarət etdiklərini diqqətə çatdıran qonaq qeyd etdi ki, xalqlarımız arasında tarixi köklər, musiqi və sənət sahəsindəki oxşarlıqlar onları bir-birinə daha yaxın edir.

Görüş zamanı iki ölkə arasında müştərək mədəni layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıldı.

XƏBƏRLƏR

13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
01.02.2024 11:48
Mədəniyyət naziri xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və təhsilini davam etdirən şəxslərlə görüşüb
29.01.2024 08:53
Bölgələrdəki teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib