Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
484

"Taleyin sınağında" sənədli filminin təqdimatı keçirilib

İyun ayının 14-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycanın Milli Qəhrəmanı Əli Məmmədova həsr olunmuş "Taleyin sınağında" sənədli filminin təqdimatı keçirilmişdir.

Mədəniyyət Nazirliyi və Polis Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən  tədbirdə Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev, Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə,  filmin ssenari müəllifi Rəfiqə Budaqlı və rejissoru Taleh İsmayılov çıxış etmişlər.

Qeyd edək ki, tamaşaçılar tərəfindən maraqla qarşılanan sözügedən film  2018-ci  ildə  dövlət sifarişi ilə "Salnaməfilm studiyası"nda istehsal edilib. 

Tədbirdə Polis Akademiyasının müəllim və kursantları, həmçinin Milli Qəhrəman Əli Məmmədovun ailə üzvləri iştirak etmişlər.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb