Şuşa Dövlət Musiqili Dram Teatrı Xocalı soyqırımının 26–cı ildönümü ilə əlaqədar anım mərasimləri keçirəcək
vitse–prezidenti, Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” beynəlxalq məlumat və təşviqat kompaniyası dünyanın bir çox ölkələrində uğurla həyata keçirilməkdədir.
Qarabağ mədəniyyətinin canlı yadigarı olan Şuşa Dövlət Musiqili Dram Teatrı da bu kompaniyaya qoşularaq, Xocalı soyqırımının 26–cı ildönümü ilə əlaqədar fevral ayının 23–dən etibarən anım mərasimlərinin keçirilməsini planlaşdırmışdır.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi, “Azersun Holdinq” Şirkətlər Qrupu və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə tədbiri olan ilk anım mərasimi fevralın 23–də saat 11:00–da “Azərsun Holdinq” Mədəniyyət Mərkəzində keçiriləcəkdir.
Növbəti anım mərasimləri fevralın 26–da saat 11:00–da Bakı Biznes Universitetində və həmin gün saat 19:00–da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcəkdir.
Anım mərasimlərində E.Abdullayevanın “Əsgər papağı” tamaşası oynanılacaqdır.