23.02.2018 12:49
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə 26 fevral saat 15:00-da
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 26 fevral-Xocalı soyqırımına həsr olunmuş “Xocalı” adlı tamaşa təqdim olunacaq.Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr – studiyası tərəfindən hazırlanan tamaşanın quruluşçu rejissoru və ssenari müəllifi, studiyanın bədii rəhbəri Larisa Tarusovadır.