Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
874

Vladiqafqaz teatrının Bakıya qastrol səfəri başa çatıb

May ayının 18-dən 21-dək Gənc Tamaşaçılar Teatrının səhnəsində V.Txansayev adına Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı  "Vova möcüzələr ölkəsində" adlı tamaşa ilə çıxış edib.  May ayının 18-21 tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olan teatr paytaxt tamaşaçılarına 4 gün ərzində Vladiqafqaz teatrının maraqlı tamaşasını izləmək şansı qazandırıb. Qeyd edək ki, "Vova möcüzələr ölkəsində" birhissəli tamaşanın quruluşçu rejissoru Diana Çerçesov, rəssamı Vera Kasayeva, musiqi redaktoru Ruslan Daurovdur.

Qastrol səfərinin son günü tamaşanın nümayişindən sonra, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov Vladiqafqaz teatrının yaradıcı heyətini  “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində  uğurlu çıxış və festivalın diplomına layiq görülmələri münasibətilə təbrik edib. Direktor kollektivi Bakı qastrolunda iştiraklarına görə mükafatlandıraraq qarşılıqlı yaradıcılıq əlaqələrindəki xidmətlərinə görə təşəkkür edib.  Öz növbəsində qonaq teatrın bədii rəhbəri Vladislav Kaliyev səmimi qarşılanma və tamaşaların məktəblilər tərəfindən böyük maraqla izlənməsinə görə təşəkkürünü bildirib. İki dost respublika arasında qarşılıqlı teatr mübadiləsindən məmnunluğunu ifadə edən bədii rəhbər əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb. Daha sonra  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Mübariz Həmidova xatirə hədiyyələri təqdim edib.

Xatırladaq ki, ADGTT dünyanın bir sıra teatrları ilə, eləcə də Rusiya Federasiyasının tərkibində fəaliyyət göstərən teatr kollektivləri ilə "qarşılıqlı qastrol səfərlərinə dair" yaradıcılıq müqavilələri imzalayıb. Müqaviləyə əsasən  ADGTT bu il may ayının 1-6 tarixlərində Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz şəhərində fəaliyyət göstərən Akademik Milli Dövlət Dram teatrının qonağı olub və kollektiv görkəmli Azərbaycan ədibi A.Şaiqin “Tıq-tıq xanım” tamaşası ilə Osetiyanın teatrın səhnəsində çıxış edib.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib