Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
485

Xoreoqrafiya Akademiyasında bakalavr tələbələrinin ilk diplom tamaşaları təqdim edilib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin “Xoreoqrafiya sənəti” ixtisası üzrə IV kurs tələbələrinin diplom tamaşaları təqdim olunub.

Təqdim olunan ilk diplom tamaşası bu təhsil ocağının IV kurs tələbəsi, Əməkdar artist Nigar Şahmuradovanın Qara Qarayevin I simfoniyası əsasında quruluş verdiyi “Ülvi məhəbbət” əsəri olub. Diplom rəhbəri Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri, Xalq artisti, desent Kamilla Hüseynovadır.

İkinci təqdim olunan tamaşa isə Bakı Xoreoqrafiya Akademiyası İncəsənət fakültəsinin “Xoreoqrafiya sənəti” ixtisası üzrə IV kurs tələbələri Məhəmməd Abdullayev, Nərgiz Həsənova və Elnur Hüseynlinin quruluş verdiyi “Məchul pilləkən” əsəri olub. Diplom rəhbəri Əməkdar artist, dosent Zakir Ağayevdir.

Akademiya tarixində ali təhsil pilləsinin bakalavr səviyyəsi üzrə ilk diplom tamaşaları olduğuna görə tamaşalar akademiyanın professor-müəllim və tələbə heyəti, eləcə də ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Tamaşalardan sonra tələbələr akademiyada aldıqları təhsil və yaradıcılıq mühiti, onların baletmeyster kimi formalaşmasında müəllimlərinin rolundan danışaraq onlara öz təşəkkürlərini bildiriblər.

XƏBƏRLƏR

17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq
16.09.2019 10:59
İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb
15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir